NASA Veneraya iki missiya göndərəcək 

10:48 03.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Milli aviasiya və kosmik idarəsi (NASA) Venerada tədqiqat aparmaq üçün iki missiya göndərmək niyyətindədir.

 

Hafta.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

 

"NASA Veneraya - Yerin ən yaxın qonşu planetinə iki yeni missiya təyin edib. Missiyanın məqsədi planetimizin xüsusiyyətlərinə bənzər bir çox [fiziki] xüsusiyyətə sahib olarkən Veneranın cəhənnəmə bənzər dünyaya çevrildiyini anlamaqdır", - mlumatda deyilir.

 

Missiyaların 2028-2030-cu illərdə göndəriləcəyi bildirilib.